Akademik: "Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini yüksək səviyyədə həll edir"


Digərləri 22 İyl 2018 17:20:00 293 0

Akademik: "Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini yüksək səviyyədə həll edir"

Prezident İlham Əliyev mətbuatımızın inkişafının qayğısına qalaraq Azərbaycan jurnalistlərinin bütün sosial problemlərini müntəzəm olaraq yüksək səviyyədə həll edir.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, Azərbaycan mətbuatı hazırda uğurlu inkişaf dövrünü yaşayır.

Deputat əlavə edib ki, Kütləvi informasiya vasitələrimiz (KİV) Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutaraq yüksək peşəkarlıq nümayiş etdirirlər.