Bakıda mənzildə meyit tapıldı


Digərləri 22 İyl 2018 16:53:00 226 0

Bakıda mənzildə meyit tapıldı

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Dobralinskaya Viktoriya Konstantinovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.