İranda baş verən zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb


Dünya 22 İyl 2018 16:47:00 272 0

İranda baş verən zəlzələ nəticəsində 20 nəfər xəsarət alıb

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

APA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.  

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.