İngiltərə millisinin qapıçısı Chelsea-nin transfer hədəfində


İdman 22 İyl 2018 16:40:00 372 0

İngiltərə millisinin qapıçısı Chelsea-nin transfer hədəfində

Real-ın Tibo Kurtuanı transfer siyahısına daxil etməsi Chelsea-ni qapıçı axtarışlarına məcbur edib. Goal.az xəbər verir ki, London klubunun gözaltı etdiyi bəzi qolkiperlər də var.

“Zadəganlar”ın çərçivə üçün düşündüyü ilk oyunçu Everton- un üzvü Cordan Pikforddur. İngiltərə millisinin heyətində dünya çempionatında parlaq çıxışla diqqət çəkən 24 yaşlı qolkiperlə danışıqlara artıq start verilib. Pikford özü də böyük klublardan birinə keçmək istəyir. Pikford Everton-a ötən il Sunderland-dən keçib.