Azərbaycanlı hakim-inspektor erməni klubunun oyununa təyinat alıb


İdman 22 İyl 2018 15:16:00 269 0

Azərbaycanlı hakim-inspektor erməni klubunun oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb. Goal.az xəbər verir ki, Xudiyev Monteneqronun “Sutyeska” və Ermənistanın “Alaşkert” komandaları arasında keçiriləcək Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda iş başında olacaq.

O, Alen Byeri, Yan Kobeli, Sertac Kurnazka və Urs Şnayderdən ibarət isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək. İyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki “Qradski” stadionunda keçiriləcək “Sutyeska” - “Alaşkert” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.