ABŞla Avropa arasında iqtisadi müharibə başladı


Dünya 22 İyl 2018 14:42:00 276 0

ABŞla Avropa arasında iqtisadi müharibə başladı

Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer ABŞ və Avropa arasında iqtisadi müharibənin başladığını elan edib.

Virtualaz.org bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"G20-də hər kəs ticarət savaşının dünya iqtisadiyyatının inkişafı üçün təhlükə yaradan bir reallıq olduğunu bilir. Mən ABŞ-dan sağlam şəkildə düşünməyə qayıtmasını, qaydalara və öz müttəfiqlərinə hörmətlə yanaşmasını xahiş edirəm", - deyə nazir qeyd edib.