Atletico fransalı hücumçu iləmaraqlanır


İdman 22 İyl 2018 13:31:00 272 0

Atletico fransalı hücumçu iləmaraqlanır

Atletico heyətini yeni hücumçu ilə gücləndirmək istəyir. Goal.az xəbər verir ki, Madrid təmsilçisi Chelsea-nin fransız hücumçusu Olivye Jirunun xidmətində maraqlıdır. Artıq klub rəhbərlərinin ilkin görüş keçirdikləri bildirilir. Bu barədə İspaniya mətbuatı məlumat verib. Atletico daha əvvəl xorvatiyalı forvard Nikola Kaliniçi də transfer etmək istəyib, lakin Milan oyunçusunun keçidinə icazə verməyib.

Jiru Fransa millisiylə DÇ-2018-in bütün oyunlarında iştirak edib. 31 yaşlı hücumçu qrup mərhələsində Avstraliya ilə oyunu çıxmaq şərtiylə, bütün qarşılaşmalarda start heyətində meydana çıxıb. Amma Jiru bu oyunlarda nəinki qol vurub, hətta qapı istiqamətində bircə dəqiq zərbə ilə də yadda qalmayıb.