Nazir: Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb


Digərləri 22 İyl 2018 13:31:01 285 0

Nazir: Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb

Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir

Bakı . İlhamə isabalayeva - Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 22 iyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkəmizin media təmsilçilərini təbrik edən nazir bildirib ki, dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləyib, mətbuatın inkişafına hərtərəfli şərait yaradıb.