"Azərbaycan mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik"


Digərləri 22 İyl 2018 12:02:19 319 0

"Azərbaycan mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik"

Azərbaycan mediası çox böyük inkişaf yolu keçib, ölkə mediasının hazırkı vəziyyətini 143 illik inkişaf yolunun zirvələrindən biri saya bilərik.

Son.az xəbər verir ki, bunu Trend-ə "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev bildirib ki, bu illər ərzində Azərbaycan mediası yüksək peşəkarlıq göstəriciləri əldə edib:

"Jurnalistlərin sosial vəziyyəti yaxşılaşıb, onların mənzil probleminin həlli yönündə əməli və böyük addımlar atılıb. Mediamızın beynəlxalq inteqrasiya yönümündə fəaliyyətində böyük nəticələr əldə olunub. Mediamızın peşəkarlıq səviyyəsinin artırılması istiqamətində böyük nailiyyətlər var".

Baş redaktor vurğulayıb ki, hazırda mətbuatımızın dövlətçilik mənafeləri və vətənpərvərlik prinsiplərini mənimsəməsi yüksək səviyyədədir: "Bir cümlə ilə ifadə etsək, mediamızın bu illər ərzində inkişaf nəticələri qürurvericidir. Ən böyük nəticə isə mediamızın dövlətçi media olmasıdır. Çünki heç zaman Azərbaycan mediası indiki kimi dövlətçi olmayıb. Təbii ki, bu da görülən işlərin nəticəsidir".