Şevçenko ilə yeni müqavilə imzalanıb


İdman 22 İyl 2018 11:04:00 329 0

Şevçenko ilə yeni müqavilə imzalanıb

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko ilə müqavilə 2020-i ilin iyulunadək uzadılıb. Goal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. Onunla yanaşı, köməkçiləri Andrea Maldera, Mauro Tasotti və Pedro Xaro ilə də yeni sözləşmə imzalanıb. Federasiya məşqçiər heyətinin qarşısına 2020-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə məqsədi qoyub. Şevçenko 15 iyul 2016-cı ildən Ukrayna millisinin sükanı arxasındadır.