İnter-in baş məşqçisi İkardi və Perişiçin taleyinə aydınlıq gətirib


İdman 22 İyl 2018 10:46:00 390 0

İnter-in baş məşqçisi İkardi və Perişiçin taleyinə aydınlıq gətirib

İnter-in futbolçuları İvan Perişiç və Mauro İkardinin gələcəyi haqda suallara aydınlıq gəlib. Goal.az xəbər verir ki, Milan klubunun baş məşqçisi Luçano Spaletti klubdan ayrılması gözlənilən futbolçular barədə danışıb. 

“Perişiç və İkardi komandanın lider oyunçularıdır. Yeni mövsümdə Çempionlar Liqasında oynayacağıq. Bu, oyunçulara güclü stimul verir. Perişiçlə danışmışam. O, İnter-də xoşbəxtdir və komandada qalacaq. DÇ-2018-də yaxşı oyun sərgilədi. Hələlik istirahət edir, sonra komandaya qoşulacaq.

Mauro İkardiyə gəldikdə isə, onun komandadan ayrılmaq istədiyini düşünmürəm. Müqaviləsinə yenidən baxacağıq. Ümid edirəm ki, o da bizimlə qalacaq” - 58 yaşlı mütəxəsis qeyd edib.

Perişiçlə Manchester United, İkardi ilə Real Madrid ciddi maraqlanır.