Sabah növbəti türk klubu ilə heç-heçə etdi


İdman 22 İyl 2018 10:27:00 280 0

Sabah növbəti türk klubu ilə heç-heçə etdi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirib. Rəqib yerli “Osmanlıspor” olub. Goal.az xəbər verir ki, oyun heç-heçə başa çatıb.

“Bolu Termal Otel”in meydançasında keçirilən görüşün 13-cü dəqiqəsində Tural Qürbətov Premyer Liqanın debütantını hesabda önə keçirib. Lakin ev sahibləri sona 7 dəqiqə qalmış matçda tarazlığı bərpa ediblər - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

“Sabah” matça bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

“Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Giresunspor”la 1:1 hesablı heç-heçə etmişdi.