İlham Əliyev Misir Prezidentini təbrik edib


Digərləri 22 İyl 2018 10:16:16 259 0

İlham Əliyev Misir Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və daha da möhkəmləndirilməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına əmin-amanlıq və rifah arzulayıram. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin