Əkiz qardaşlar futbolçu karyerasını başa vurub


İdman 22 İyl 2018 10:03:00 319 0

Əkiz qardaşlar futbolçu karyerasını başa vurub

Uzun illər Moskva CSKA-sının şərəfini qoruyan Aleksey və Vasili Berezutski qardaşları futbolçu karyeralarını başa vurub. Goal.az xəbər verir ki, əkiz qardaşlar bu addımı 36 yaşında butslarını mismardan asmaq qərarına gəlib. Hər iki müdafiəçinin "ordu klubu" ilə müqaviləsi iyunun 30-da başa çatıb.

Aleksey Berezutski 2001-ci il mövsümündən əvvəl, Vasili isə bundan yarım il sonra CSKA-ya keçib. Hər iki oyunçu 6 qat Rusiya çempionudur. Onlar 7 dəfə ölkə kubokunu, 6 dəfə Superkuboku qazanıblar. Qardaşlar 2004-2005 mövsümündə UEFA Kubokuna, 2008-ci ildə isə Rusiya yığmasının heyətində bürünc medala sahib olublar.