13 nəfərin olduğu təyyarə qəzaya uğradı


Dünya 22 İyl 2018 09:26:00 271 0

13 nəfərin olduğu təyyarə qəzaya uğradı

ABŞ-ın Texas ştatında kiçik "Douglas DC-3" təyyarəsi qəzaya uğrayıb.

Trend-in Fox News teleşirkətinə istinadən verdiyi məlumata əsasən, təyyarə havaya qalxarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 13 nəfərin hamısı sağ qalıb.

Qeyd olunur ki, sərnişinlərdən biri ciddi yanıq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib, daha 7 nəfər isə yüngül zədələr alıb.