Fatih Birol: "Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır"


Digərləri 22 İyl 2018 09:09:13 274 0

Fatih Birol: "Azərbaycan Beynəlxalq Enerji Agentliyinin çox dəyərli tərəfdaşdır"

Azərbaycan Beynəlxalq Enerji Agentliyinin (BEA) çox dəyərli tərəfdaşdır.

Son.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində BEA-nin icraçı direktoru Fatih Birol deyib.

Birol bildirib: "Biz "EU4Energy" proqramı çərçivəsində sıx əməkdaşlıq edirik, bununla da statistika və məlumatları, həmçinin enerji siyasətini yaxşılaşdırırıq".

İcraçı direktor, həmçinin özünün Azərbaycana nəzərdə tutulan səfəri barədə danışıb: "Mən Bakıya bu ilin sentyabr ayında gələndə Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşümü səbirsizliklə gözləyirəm. Bizə çox şeyi müzakirə etmək lazımdır, həmçinin Azərbaycanın enerji tranzit mərkəzi kimi oynadığı vacib rolu. Biz həmçinin BEA və Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsi üçün yolları müzakirə edəcəyik".