Günün qoroskopu: kiçik, amma cansıxıcı işlər az olmayacaq


Digərləri 22 İyl 2018 00:01:00 352 0

Günün qoroskopu: kiçik, amma cansıxıcı işlər az olmayacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud olmayın. Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə, müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına fikir verin, detalları nəzərdən qaçırmayın.

Buğa - böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə diqqətli olun.  Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin. Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi çox vaxt apara bilər. Laqeyd olmayın.

Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun. Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.

Xərçəng - mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin. Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes, karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli davranın.

Şir - günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var. Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin. Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.

Qız - yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar. Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq. Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın, ruhdan düşməyin.