Virtual təcavüzdən necə qorunmaq olar?


Digərləri 21 İyl 2018 23:46:00 333 0

Virtual təcavüzdən necə qorunmaq olar?

İnternetdə təcavüz çox dəhşətli və qorxunc hadisədir. Bu, kompüteri söndürmək və getmək qərarı ilə həll olunmur. Bu cür hadisələrin virtual həyatda baş verməsinə baxmayaraq, onlar realda da qorxunc nəticələrə səbəb ola bilər. Bu hadisələrin qurbanları onların nüfuzuna endirilən zərbələrə və ya şəxsi təhlükəsizliyə görə psixoloji stresslər yaşaya bilər. 

Pyu Araşdırmalar Mərkəzinin 2017-ci ildə yayımladığı hesabata əsasən, ABŞ əhalinin yarısı onlayn-təqibin qurbanı olublar. 66 faiz amerikalı internetdə qəddar və ya təhlükə yaradan davranışla qarşılaşıblar. Cavan qadınlar və cinsi azlığın nümayəndələri bu cür hücumlara tez-tez məruz qalan şəxslər sırasındadır. 

Son.az oxu.az-a istinadən bildirir ki, internetdə təhqir və ya təhdid olunanda özünü gücsüz hesab edə bilərsən, ancaq emosional zədə ilə mübarizə aparmaq mümkündür. Biz bu hadisələrlə üzləşən şəxslərin vəkilləri ilə, ekspertlərlə, psixoloqlarla onlayn-təqiblərdən qorunmaq üçün müzakirələr aparırıq. Onların dediklərini sizə təqdim edirik. 

Hər şey sənədləşdirilir

"Sən onlayn-təqibin mətninin surətini özündə saxlamalısan. Ya skrin-şot edin, ya da ki onları çapdan çıxarın. Bunlar hüquq-mühafizə orqanlarına və ya mülki iddiaya sübut üçün sənə lazım ola bilər.

Araşdırmalar zamanı səndən həmin mətnlərin surətləri istəniləcək. Hüquq-mühafizə orqanları ilə əlaqə saxlayın. Əgər siz yetkinlik yaşına çatmamısınızsa, mətnləri valideynlərinizə göstərin.

Provayderlərə hədələr haqqında məlumat verin və yaxud şərhləri qeyd edin", - sosial şəbəkəyə intim foto və ya videoların yerləşdirilməsinə qarşı çıxan fəal, zərərçəkmişlərin vəkili, həkim Şarlotta Louz deyib. 

Öz hüquqlarınızı müdafiə edin

"İnternetdə təcavüz digər qanun pozuntuları kimi, zərərçəkmişlərdə xəcalət hissi yaradır. Zərərçəkmiş rüsvayçılıq hissi ilə qarşılaşan zaman susacaq, cinayətkar isə qalib gələcək. Və ya əksinə, zərərçəkmiş susmadığı zaman qələbə qazana bilər. Ona görə susmayın.

Digərlərindən kömək və dəstək xahiş edin. Bu hücumlara qarşı durmaq üçün böyük səy göstərmək lazımdır. Bu cür hadisələrin qurbanlarının əskəriyyətinin "əl-qolu bağlanır" və internetdən itir", - internetdə zərərçəkənlərə yardım göstərilməsi üzrə ixtisaslaşan vəkil Kendis Bleynbildirib.