Hər qaşınma göbələk deyil


Digərləri 21 İyl 2018 23:20:00 454 0

Hər qaşınma göbələk deyil

Qadınlarda sıx ratlanan vaginal bölgənin qaşınması çox hallarda göbələk xəstəliyi olaraq qiymətləndirilir.

Son.az lent.az-a istinadən mütəxəssis fikirlərinə istinadən, vaginal bölgə qaşıntılarının nələrin əlaməti olduğunu təqdim edir.

Xalq arasında genital qaşıntı deyildiyində ağıla ilk gələn vaginal göbələk xəstəliyidir. Ən çox rastlanan belə hal "Candida Albicans" adı verilən təsirli mikroorqanizm tərəfindən meydana gəlir. Dəridə uşaq səpgiləri kimi qırmızı, qızarmış bir dəri, dəridə quruma, qaşıntı, simptomları mövcuddur. Bu mikroorqanizm həyat yoldaşları arasında cinsi yolla yoluxula bilər. Əgər bu əlamətlərlə yanaşı ağ rəngli bir axıntı da gəlirsə, şübhə daha da dəqiqləşir. Tam diaqnoz isə vaginal bölgədən alınan yaxma sayəsində qoyulur.

Qadındakı bu problemi həyat yoldaşının da qəbul etməsi məsləhət olan kapsul vaginal bölgə və xarici dodaqlardakı qaşıntını aparacaq steroid, antifungal tərkibli kremlərlə müalicə etmək olar. Qadının fərqli səbəblərdən istifadə etdiyi antibiotiklər, soyuqdəymə, şəkər xəstəliyi, cinsi yaxınlıqla yoluxulan xəstəliklər də vaginanın florasını pozaraq infeksiyaya yoluxması üçün daha da əlverişli edir.

Xarici dodaq (vulva) qaşıntılarına diqqət!