Fəthullah Gülənlə Oktarı nə birləşdirir?


Digərləri 21 İyl 2018 23:06:00 273 0

Fəthullah Gülənlə Oktarı nə birləşdirir?

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni və tükürpədici detallar ortaya çıxarır.

Son.az publika.az-a istinadən xəbər verir ki, Adnan Oktarı Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasında 7-8 ay müayinə edən psixiatriya mütəxəssisi, professor Səfa Sayğılının söylədikləri təşkilatın iç üzünü ortaya çıxarmaq baxımından çox əhəmiyyətlidir.

Professorun sözlərinə görə, Adnan Oktar özünü Mehdi, Fəthullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fəthullah Gülənin isə köməkçisi hesab edirdi.

O bildirib ki, Adnan Oktarın qrupun FETÖ-nün başqa bir versiyasıdır.