Balqabağın inanılmaz


Digərləri 21 İyl 2018 22:50:00 397 0

Balqabağın inanılmaz

Balqabaq çox zəngin mineral tərkibə malikdir. Burada C, E, PP, K, B qrupu vitaminləri, mineral və mikroelementlər (dəmir, mis, kalium, ftor, sink, kalsium), fruktoza, pektin maddələri var.

Belə zəngin tərkib balqabağı insanın müxtəlif orqan və sistemləri üçün çox faydalı edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, balqabaq həzm sistemi üçün çox faydalıdır.Qara ciyər, öd üçün balqabaq xüsusilə faydalıdır - bu orqanları təmizləyir, fəaliyyətini yaxşılaşdırır. Balqabaq qara ciyər sirrozu və iltihabları zamanı müalicəvi vasitə kimi istifadə olunur.

Balqabaq və balqabaq şirəsi sinir və ürək-damar sisteminə müsbət təsir edir, qan damarları təmizləyir və möhkəmləndirir, nevroz və yuxusuzluqla mübarizə edir.

Balqabaq orqanizmi ödemlərdən azad edir, böyrəklərin funksiyasını yaxşılaşdırır.

Pektin maddələri ilə zəngin olan balqabaq orqanizmi toksinlərdən və digər ziyanlı maddələrdən təmizləyir, artıq xolesterini orqanimdən çıxardır.

Hamiləlik zamanı balqabaq toksikozla mübarizə etməyə kömək edir.

Sellülozla zəngin olan balqabaq qəbizlik zamanı yaxşı kömək edir, arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə uğurla istifadə oluna bilər.