"Instagram"da onlayn olanları görmək


Digərləri 21 İyl 2018 22:39:00 248 0

"Instagram"da onlayn olanları görmək

"Instagram" sosial şəbəkəsində artıq "onlayn" olan istifadəçiləri görmək mümkün oldu.

Son.az Trend-ə istinadən bildirir ki, bu yenilik barədə şəbəkənin rəsmi bloqunda bildirilir.

İstifadəçilər "Facebook" messencerində olduğu kimi, onlayn olduqları halda yaşıl nöqtə ilə işarələnirlər. İstifadəçinin statusunu yalnız onun dostluğunda olan və yaxud onun yazışma apardığı insanlar görə bilir. İstəkdən asılı olaraq bu funksiya gizlədilə də bilər.