WhatsApp istifadəçilərinə yeni xəbər


Digərləri 21 İyl 2018 21:56:00 274 0

WhatsApp istifadəçilərinə yeni xəbər

Yeni versiya hələlik beta istifadəçilərə təqdim edilib

WhatsApp yeni versiyası ilə bəzi istifadəçilərini kədərləndirib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bundan sonra şəbəkədə həddən artıq mesaj yazanların yazışmalarını səssiz bölümünə atmaq üçün xüsusi funksiya tərtib edilib. Belə ki, bundan sonra hər hansı bir istifadəçi bir söhbətdən 50-dən artıq mesaj alırsa, şəbəkəyə girmədən söhbəti səssizə ata biləcək. Bu da qarşı tərəfin mesajlarının "görünməməsinə" gətirib çıxaracaq.