Rusiyanın Şərqini böyük təhlükə gözləyir?


Dünya 21 İyl 2018 21:58:00 287 0

Rusiyanın Şərqini böyük təhlükə gözləyir?

Araşdırmanın nəticələri Science jurnalında işıq üzü görüb

Amerika alimləri Rusiyanın şərqində təbii fəlakətlər olacağını proqnozlaşdırırlar.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, amerikalı alimlər qrupu peyk müşahidələrindən sonra belə bir qərara gəliblər ki, yaxın illərdə Sibirin şərqində və Monqolustanda bədbəxt hadisələrin sayı artacaq. .

Alimlər sənaye inqilabından əvvəl və sonra dəyişiklikləri təsvir edən bir neçə iqlim modelini araşdırıblar. Analizlər zamanı peyk məlumatlarına əsasən 1979-2016-cı illər arasında olan temperatur məlumatları istifadə edilib. Onların köməyi müxtəlif illərdə təbii səbəblərdən olan temperatur dəyişiklikləri qeydə alınıb. Ən güclü fərq Şərqi Sibir və Monqolustanda müşahidə edilib. Ekspertlərin fikrincə, belə bir temperatur fərqinin yalnız təbii səbəblərlə mümkün olması iddia edilə bilməz. Buna səbəb antropogen amil və iqlimin davamlı istiləşməsidir.