“Türk gənclərinin qanına borclusuz” –


Dünya 21 İyl 2018 21:47:00 276 0

“Türk gənclərinin qanına borclusuz” –

Ərdəbil və Culfanın imam cümələri Həsən Amuli və Salar Səncəri İranın təhsil naziri Məhəmməd Bəthayinin ana dillərinin tədrisinin təhlükəli və qadağan olduğu haqda səsləndirdiyi fikirlərə münasibət bildiriblər.

Son.az teleqraf.com-a istinadən bildirir ki, H.Amuli deyib:

"Allah öz nişanələrini sıralayanda dilləri də ilahi nişanələr kimi təqdim edib. Hər kəs dillərin necə formalaşmasına diqqət yetiribsə, o adam nəhayət, Allaha çatıb. Allahın müdaxiləsi olmasaydı, dillərin formalaşması, həmçinin onların çeşidliliyi mümkün olmazdı. Allahın nişanələrinə hörmət edib, onları qoruyub saxlamaq bizim hamımızın borcudur. Yerli dillər və bütün ana dilləri insanın məqsədini anlatmaq və duyğularını çatdırmaqdan əlavə həm də ilahi nişanə olduqları üçün xüsusi əhəmiyyət kəsb edirlər. Ona görə də onlara qarşı çıxanlar, əslində Allaha qarşı çıxmış olurlar".

Məhəmməd Bəthayinin sözlərini "böyük yanlışlıq" adlandıran Ərdəbil imam cüməsi əlavə edib ki, "biz onun sözlərinə qarşı olmaqla yanaşı hökumət rəsmilərini ölçülü və düzgün söhbət etməyə çağırırıq. Kimsə öz təşəxxüsündən kənar məsələlərə müdaxilə etməsə, belə hadisələr də ortalığa çıxmaz".