Qış yorğunluğuna qarşı


Digərləri 21 İyl 2018 20:50:00 221 0

Qış yorğunluğuna qarşı

Günəşin isti üzünün artıq bizi tərk etdiyi aylardayıq. Bu da bir çoxumuz üçün depresiyyanın təməl səbəbidir.

Bəs bu soyuq aylarda sürünərək yataqdan çıxmaq əvəzinə qanadlanaraq qalxmaq istəməzsiz?

Qaranlıqdan uzaq durun

Son.az lent.az-a istinadən xəbər verir ki, səhər oyandığınızda hava hələ də qaranlıqdırsa, öz günəşinizi özünüz yaradın. Baş ucunuzda yandırdığınız gecə lampası bu işdə sizə kömək olacaq.

Duşa girin

Oyanmaq üçün isti, soyuq duşlar qədər təsirli heç nə yoxdur. Beləliklə, həm maddələr mübadiləniz hərəkətə keçəcək, həm də immunitetiniz güclənəcək. Ən pis günlərdə belə əhvalınız səhər duşu köməyi ilə düzələcək.

Səhər bir qurtum su

Səhər oyandıqdan dərhal sonra içilən bir qurtum su maddələr mübadiləsini çalışdırır. Yatmağa gedərkən özünüzlə bir stəkan su götürüb baş ucunuza qoyun. Bulaq suyunun yuxudan oyatmaqda faydasını isə unutmayın.

Gecə bir qurtum su

Gecə yatmadan əvvəl içilən bir qurtum su səhərlər rahat oyanmanıza kömək olacaq.

Hədəf müəyyən edin

Zəngli saatı səhər qalxmanız gərəkən saatdan bir saat əvvələ quraşdırın. Bununla  özünüzə daha çox vaxt ayıra biləcəksiz.