Arıqlamaq istəyən kişilərin diqqətinə!


Digərləri 21 İyl 2018 20:55:00 257 0

Arıqlamaq istəyən kişilərin diqqətinə!

Çəkiyə nəzarət etmək, daha fit bir görünüş əldə etmək və bununla yanaşı sağlamlığı qorumaq yalnız qadınlar üçün deyil, kişilər üçün də önəmlidir. Kişilər də sağlam həyata davam etmək üçün qidalanmada bəzi detallara əməl etməlidirlər.

Çəkili kişilərin qarşılaşa biləcəyi problemlər

Son.az saglamolun.az-a istinadən bildirir ki, kişilər qadınlara nisbətən çəkiyə nəzarət etməkdə daha şanslıdırlar. Çünki qadınların bədənindəki yağ toxuması daha çoxdur və maddələr mübadiləsi daha yavaşdır. Kişilər qadınlardan daha çox yemək yeyər, ancaq ani çəki artımı yaşamazlar. Maddələr mübadiləsi sürətlidir, daha güclü əzələ səviyyəsinə sahibdirlər və bədənləri yediklərini daha tez yandırmağa kömək edir.

Kişi və qadınların fiziki görünüşləri "alma" və "armud" olaraq dəyərləndirilir. Qadınların kiloları əsasən omba hissəsində toplandığından qadınlar "armud", kişilərdə isə bel hissədə toplandığından "alma" tipinə aid edilirlər. Kişilərdə daha çox rastlanan  "alma tip köklük", yəni yağın bel əhatəsində toplanması şəkər, qaraciyər yağlanması, yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri baxımından riskli bir vəziyyətdir. Kişilərin bel ölçülərində 102 sm-i keçmələri istənməz. Hətta yeni araşdırmalar bunun 94 sm olmasını məsləhət görür.  "Armud tip köklük"də daha çox görülən qaraciyər yağlanması, bağırsaq xəstəliyi, prostat, sütun, ağciyər xərçəngi və ürək xəstəlikləri kişilərin diqqət etməsi gərəkən sağlıq problemlərinin başında gəlir.

Köklük isə bütün bu problemlərə təkan verir.

Sağlam arıqlamaq istəyən kişilərə qidalanma tövsiyələri

Ürək sağlamlığını qorumaq üçün həftədə ən az 2-3 dəfə balıq yeyilməlidir.

Xolesterolla bağlı problem varsa, qırmızı ət həftədə ən çox 2 dəfə yeyilməlidir . Həftədə 2 dəfə toyuq və hinduşka əti yeyilə bilər.

Yağ qəbulunu azaltmaq üçün süd və süd məhsullarını az yağlı yeməyə çalışın.  Pendir miqdarına diqqət edin.

Gündə ən az bir yeməkdə tərəvəz olması vacibdir. Zeytun yağlı, qızarmış, salat şəkilində yeyilə bilər.