Artiq çəki artiq dərddirmi?


Digərləri 21 İyl 2018 20:35:00 376 0

Artiq çəki artiq dərddirmi?

Artiq çəki - yaxın dövrlərə qədər qüvvət, sağlamlıq və varlılıq əlaməti hesab edildiyi halda, günümüzdə müalicə edilməsi vacib olan bir xəstəlikdir. Hətta 30-40 il öncəsinə qədər cəmiyyətə "gözəl, normal" kimi təqdim edilən qadınlar, kişilər günümüzdə "artıq çəkili" hesab edilənlərdir. Bu hal atalar sözlərimizə belə təsir etmiş, bizdən qabaqkı nəsillər "bir parça ət, min ayıbı örtər" demişlər. Son.az tibb.az-a istinadən bildirir ki, artıq çəki - qarın tipli və ya göbək tipli olarsa, ürək- damar xəstəlikləri riski daha çoxdur. Buna görə də, bel çevrəsi əsas göstəricilərdən biridir və normada kişilərdə 94, qadınlarda isə 80 sm-dən az olmalıdır (İDF). Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən-ilə dünyada artıq çəki və piylənmənin sürətlə artdığını qeyd edir ki, bu da çox ciddi haldır. Azərbaycanda isə kişilərin 50, qadınların isə 60%-də artıq çəki problemi var.

Artıq çəkinin səbəb olduğu xəstəliklər Hazırki dövrdə artıq çəki və piylənmənin; infarkt, yüksək qan təzyiqi, iflic, şəkər xəstəliyi, süd vəzi, uşaqlıq, prostat və yoğun bağırsaq xərçəngi, varikoz, apnoe - yuxuda nəfəsin dayanması, hipoksiya, çətin doğuş, yumurtalıqların polikistozu - PKOS, depressiya, yırtıqlar, artrit kimi xəstəliklər üçün çox mühüm risk faktoru olduğu sübut edilmişdir.

Alış-veriş zamanı tövsiyələr

Ərzaq məhsullarını almağa acqarına getməmək

Alınacaq şeylərin siyahısını əvvəlcədən hazırlamaq

Siyahıdakı mallara yetəcək qədər pul götürmək

Yeyilmək üçün hazır vəziyyətdə olan ərzaqları almamaq

2 qidadan daha az kalorili olanını seçmək

Ərzaqlar barədə olan televiziya proqramlarına və ya reklamlara baxmamaq

Yeməklə əlaqədar bəzi tövsiyələr

Yeyilə bilən şeyləri göz qabağında saxlamamaq

Mətbəxdə çox vaxt keçirməmək, işi bitincə, uzaqlaşmaq