Yunan PƏHRİZi


Digərləri 21 İyl 2018 20:40:00 293 0

Yunan PƏHRİZi

Çörək, zeytun yağı və şərabla arıqlamaq vəd edən Yunan pəhrizi son günlərin ən məşhur pəhrizidir.

Yunan xalqı Ariston və Platondan sonra üç qida - çörək, zeytun yağı və şərab tərkibli ənənəvi və antik bir pəhrizlə sağlam və incə qalmağı bacarır.

Son.az lent.az-a istinadən "The Greek Diet" kitabına istinadən yunan pəhrizinin necə olduğunu təqdim edir.

Araşdırmalar yunan pəhrizinin eyni zamanda piylənmə, xərçəng, ürək və digər ana xəstəliklər riskini azaltdığını da müəyyən edib.

Yunan pəhrizinə görə sağlam qida və təbii içkilər bol qəbul edilməlidir. Bunlara taxıllar (çörək),  yağlar (zeytun yağı), qəhvə və şərab da daxildir.

Yunan pəhrizinə necə əməl edilir?

Yunan pəhrizinin ilk əsas prinsipi paketlənmiş, işlənmiş qidalaran uzaq durmaq, əsl, özünəxas dadı olan təbii qidaları, arıqlamaq üçün ehtiyac duyulan məhsulları yeməkdir.

Bu pəhrizin əsasında 12 qida durur. Bunlar hansılardır?

Zeytun yağı: Bədənimiz yağ yandırmaq üçün yağlara ehtiyac duyur. Zeytun yağının maddələr mübadiləsini sürətləndirdiyi, toxluq hissini artırdığı deyilir.

Qatıq: Qan şəkərinin nizama salınmasına kömək olur və tox tutur. Çəki atmaq üçün sağlam mikrobiyomların ifrazına kömək edən nadir pəhriz qaynaqlarından biridir.

Tərəvəzlər: Xəstəliklərdən qorunmaq və arıqlamaq üçün ən yaxşı antioksidandır. Vitamin və mineral tərkibli qidalardır.