Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə


Digərləri 21 İyl 2018 19:53:00 315 0

Rus gözəlçə yataqda ABŞ rəhbərliyini necə

"Vaşinqtonda bu aktiv gənc rus haqqında tez-tez danışırdılar: qırmızı saçlar, dərin dekolte və cəzbedici baxış. 29 yaşlı Mariya Butina nüfuzlu qonaqlarla mazaqlaşmadan keçinmirdi".

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda bir neçə gün bundan əvvəl Rusiya vətəndaşı Mariya Butinanın ABŞ-da casusluqda ittiham olunaraq saxlanılmasını şərh edən Almaniyanın "Bild" nəşri yazıb.

"Bild" yazır ki, rusiyalı gənc qadın Milli Atıcılıq Assosiasiyasından olan (N.R.A) silah lobbiçiləri, prezident Donald Trampın ətrafı və Konqresin üzvləri ilə əlaqələri qaydaya salmışdı.

"O, əllərində silah həvəslə şəkillər çəkdirir və yorğan-döşək vasitəsilə ultrakonservativ dairələrə giriş əldə etmək üçün nüfuzlu kişilərlə yatırdı", - nəşrin müəllifi Herbert Bauernebel qeyd edib.

"İndi pişik torbadan çıxdı: Butina Moskvanın tapşırığı üzrə casus kimi hərəkət edirdi. "Agent 00Sex" praktik olaraq Anna Çapman (2010-cu ildə casusluqda ittiham olunaraq ABŞ-da saxlanılmış, daha sonra casus mübadiləsi çərçivəsində Rusiyaya qaytarılmışdı - red.) kimi fəaliyyət göstərirdi", - müəllif əlavə edir.

"Bild" qeyd edək ki, Federal Tədqiqatlar Bürosu Butinanı ifşa edəndə, rus casus artıq ABŞ-dan qaçmağa hazırlaşırdı:

"Butina ABŞ-dan pulu çıxarır və şeyləri qablaşdırırdı".

İstintaqın məlumatına görə, Butinanı ABŞ-a Rusiyanın Mərkəzi Bankının direktor müavini, prezident Vladimir Putinin yaxın ətrafının nümayəndəsi göndərib. Torşin daha əvvəl Rusiya parlamentinin deputatı idi. O, hazırda ABŞ Maliyyə Nazirliyinin sanksiyalarının altındadır.


Xəbərə aid fotolar