Xanımlar, naringi yeyin!


Digərləri 21 İyl 2018 19:55:00 276 0

Xanımlar, naringi yeyin!

Naringi hər kəsin sevdiyi qış meyvələrindən biridir. Onun faydalarını hər birimiz bilirik.

Son.az saglamolun.az-a istinadən bu dəfə naringinin məhz qadınlara olan faydalarını təqdim edir.

Saçları uzadır. Naringi saçların sürətli uzanmasına kömək edir. Eyni zamanda tez ağarmasını yavaşladır.

Yuxusuzluğa son. Axşam yeməyindən sonra yeyilən naringi sinirləri gəvşədir, rahat yatmağa kömək edər.

Dəmir ehtiva edir. Qidalardakı dəmiri əmərək bədəni faydalı hala gətirir.

Dəri problemlərini aradan qaldırır. A vitamin qaynağı olan naringi sızanaqları yox edir. Yaşlanmanın əlamətlərini ortadan qaldıran bu meyvə kollageni artıraraq qüsursuz bir dəriyə sahib olmanıza kömək edər.