Ermənistan Gəncə hadisəsindən istifadə edir və


Dünya 21 İyl 2018 19:33:00 220 0

Ermənistan Gəncə hadisəsindən istifadə edir və

Ermənistan KİV-ləri Gəncədə baş vermiş hadisələri şərh etməkdə davam edirlər. Məlum olduğu kimi, Azərbaycanın böyüklüyünə görə ikinci şəhərində narahat günlər yaşanıb. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə hücum olunub, o ağır xəsarətlər alıb. Daha sonra iki polis əməkdaşı həlak olub.

Əlbəttə ki, Yerevanda baş verənlərə reaksiya veriblər və dərhal Azərbaycanla İranı üz-üzə qoymağa çalışıblar.

Belə ki, "Sputnik Ermənistan" nəşri "Tehrandan islam "salam"ı" başlıqlı məqalə dərc edib. Həmin məqalənin məğzi ondan ibarətdir ki, guya Azərbaycanın anti-İran siyasəti Tehranda getdikcə daha çox narahatlıq doğurur və bununla da o, Bakını mümkün ola biləcək nəticələr barədə xəbərdar edir.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Yerevan Dövlət Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Oskanyan bildirib ki, "Azərbaycanın müxtəlif hissələrində kifayət qədər insan var ki, etiraz aksiyalarını təşkil edə və keçirə bilərlər. Bu isə öz növbəsində böhran vəziyyətlərinin yaranmasına səbəb ola bilər".

"Noravank" fondunun siyasi araşdırmalar mərkəzinin rəhbəri Karen Bveranyan da "Sputnik Ermənistan"a əmin olduğunu bildirib ki, İran Azərbaycandakı vəziyyətə təsir göstərə bilər.

Ermənistan KİV-lərinin fəallığı və erməni analitiklərinin şərh verməyə meylli olmasını anlamaq olar, belə ki, Azərbaycanın Baş Prokurorluğu radikal dini-ekstremist təşkilatlarının Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələrini aşkarlayıb.

Öz növbəsində İran İslam Respublikasında da baş verən hadisələrə reaksiya verərək qeyd ediblər ki, İİR hər zaman zorakılığı qınayıb. İran XİN qurumun mətbuat katibi Bəhram Qasıminin timsalında bəyan edib ki, Tehran bu hadisələrlə hər hansı şəkildə əlaqədar deyil və ittihamlar İran əleyhinə psixoloji müharibənin bir hissəsidir.