Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı


Dünya 21 İyl 2018 19:34:00 299 0

Ermənistanın müdafiə naziri ordunu Naxçıvanla sərhədə topladı

Ermənistanın müdafiə naziri David Tonoyan iyulun 21-də dövlət sərhədinin cənub-qərb hissəsində olub və hərbçilərin növbətçiliyini müşahidə edib. Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində nazirliyin mətbuat katibi Artsrun Ovannisyan yazıb.

"Ermənistan Müdafiə Nazirliyinin başçısı yüksək rütbəli zabitlərlə ön xətt qoşunlarının yenidən silahlanması məsələlərini müzakirə edib.

Tonoyan həmçinin xidmətdə fərqlənmiş hərbçilərlə söhbət edib və onları mükafatlandırıb", - məlumatda deyilir.