Süd və süd məhsulları alarkən diqqətli olun!


Digərləri 21 İyl 2018 19:21:00 215 0

Süd və süd məhsulları alarkən diqqətli olun!

Havalar isti keçdiyindən bəzi məhsulların saxlanılması, istehsalı ciddi diqqət tələb edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onlardan biri də ağartı məhsullarıdır.

Odur ki, ağartı məhsulları alarkən diqqətli olmaq lazımdır. Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara bazarlarda açıq şəkildə satılan ağartı məhsullarını almamağı tövsiyə edir.

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Səidə Səmədovanın sözlərinə görə, ağartı məhsulları xüsusi qaydada hazırlanmalı və onların saxlanılmasına diqqət etmək lazımdır. Məsələn, çiy süd alarkən mütləq bişirilməlidir. Pendirin duzlu suda saxlanılması məsləhətdir. Buna görə də qablaşdırılmış formada olan ağartı məhsulları almaq məsləhətdir.

Bazarlarda ağartı məhsullarının satışı ilə məşğul olanlar isə bildirirlər ki, illərdir bu işlə məşğul olurlar və hələ ki, heç kəs məhsulun keyfiyyəti ilə bağlı şikayət etməyib. Çünki bazarlarda satılan ağartı məhsulları nəzarətdə saxlanılır.