Həm sınaq, həm də qəbul imtahanında 700 bal topladı


Digərləri 21 İyl 2018 19:19:00 268 0

Həm sınaq, həm də qəbul imtahanında 700 bal topladı

Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü ixtisas qrupları üzrə iyulun 18-də keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali məktəbə qəbul olmaq üçün imtahan verənlərin 15 nəfəri maksimum nəticə - 700 bal toplayıb. Onların arasında ''Kaspi" Təhsil Şirkətinin də 1 abituriyenti var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onlar əzmkarlıqları sayəsində qarşılarına qoyduqları hədəfə çatdılar -700 bal toplayaraq maksimum nəticə göstərdilər.

I ixtisas qrupu üzrə 11, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib. 700 bal toplayan abituriyentlərdən biri Kaspi Təhsil Mərkəzinin şagirdi, 4-cü ixtisas qrupu üzrə hazırlaşan Nərmin Balakişiyevadır. O, bu uğurunu valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.

Nərmin söyləyir ki, yüksək nəticə əldə etmək üçün 11 il yaxşı oxumaq lazımdır. Onun bu uğuruna sözsüz ki, ən çox valideynləri və müəllimləri sevinib.

Qeyd edək ki, Nərmin Balakişiyevanın qardaşı da Kaspi Təhsil Şirkətinin Əhmədli qəsəbəsində yerləşən ''Kaspi Abituriyent'' filialında universitetə hazırlaşıb və 685 bal toplayaraq ali məktəbə qəbul olub.