Bakı "Şanxay"ı: dəmiryolu xətlərindəki qəsəbə FOTO


Digərləri 21 İyl 2018 19:04:00 426 0

Bakı "Şanxay"ı: dəmiryolu xətlərindəki qəsəbə  FOTO

Bakının ətrafında yerləşən, "Şanxay" adlandırılan qəsəbəni sökürlər. Dəmiryolu xətti boyunca kortəbii şəkildə tikilən evlər yarım əsrdən sonra şəhərin ən yoxsul və təhlükəli rayonlarından birinə çevrilib.

"Birinci sinifə getdiyi gündən cəmi altı gün sonra o, qatarın altında qalmışdı ", - deyə yaşı təqribən 50 olan, bəstəboy, qaraşın qadın Gülqayıb əlil oğlu barədə danışır.

Dəmiryolları arasında qol-budaq atmış tut ağacının yaxınlığında uşaqlar topla oynayırlar.

"Qatar onu çəkdi və yerlə sürüklədi, adamlar qışqırmağa başladılar. Xatırlayanda özümü piss hiss edirəm. O zaman mən yorğan sırıyırdım və birdən qışqırıq eşitdim və çölə qaçdım. Baxdım ki, onu gətirirlər. Yaxşı ki, qatar onu hissələrə ayırmamışdı ",- deyə o danışır.

Gülqayıb Bakının "Şanxay"ında yaşayır. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsini belə adlandırırlar.

ARDNŞ binasının kölgəsində yerləşən bu qəsəbə sıx şəkildə yerləşən birmərtəbəli gecəqondulardan ibarətdir, hansı ki, iki dəmiryolu xətti keçir. Ən yaxın evlər yolun cəmi bir-iki addımlığındadır.

Gülqayıbla söhbət zamanı qatarın fiti eşidilir, daha sonra artıq sökülmüş evlərin arxasından boş qatar görünür. Uşaqlar tələsmədən relslərin üzərindən kənarlaşırlar, görünür bu onlar üçün adi haldır.

"Burada nə qədər uşaq həlak olub. Qonşunun uşağını qatar hissələrə bölmüşdü... televizorda göstərmişdilər", Gülqayıb başını yelləyərək danışır.

Onun sözlərinə görə, belə faciəvi hadisələrdən sonra onlar müxtəlif instansiyalara şikayət ediblər. Lakin rəhbərlik baş verən hadisələrdə qeyri-qanuni ev tikən sakinlərin günahkar olduğunu bildirib.

"Şanxay"ın ilk sakinləri kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gəlməyə başlayıblar.

Onlar Sovet dövrü zamanı burada olan beton zavodunun işçiləri olub. Onların arxasınca isə qohumları gəlib, daha sonra isə körpələr doğulub.

İlk evlər dəmiryolu xəttindən uzaqda tikilmişdi. Lakin sonrakılar daha da yaxınlıqda tikilməyə başladı.

İkinci dalğa isə 1990-cı illərin əvvəlində gəldi. Bunlar ya Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşənlər, ya da çətin zamanlarda kənddən şəhərə gələnlər idi.

Gülqayıb özünü ikincilərə aid edir. O, bura həyat yoldaşı ilə birgə 22 il əvvəl, Lerik rayonundan gəlib. Evi onun həyat yoldaşı və qardaşı tikib.

"Materialları - daşı ordan-burdan tapırdıq",- deyə o xatırlayır.

Bu yollardan qatarlar keçmir və yerli sakinlər bu yollardan istifadə edirlər

Onun 30 kvadratmetrlik gecəqondudan savayı evi və qayıda biləcəyi yeri də yoxdur.

Dəmiryolu xəttindən uzaqda yerləşən evlərin mülk sənədləri var. Gülqayıb və onun qonşularının isə belə sənədləri yoxdur.

Lakin buna baxmayaraq onların qeydiyyatı var. Evlərə qaz, işıq, su xətti çəkilib. Hər şeyə sayğac quraşdırılıb və ailələr kommunal ödənişləri rahatlıqla edirlər.

Şanxaya kanalzasiya xəttini insanlar müstəqil şəkildə 16 il əvvəl çəkiblər.

20 nəfərə yaxın qadın etiraz əlaməti olaraq Heydər Əliyev prospektini bağladıqdan sonra yerli rəhbərlik sakinlərə boruların hardan keçdiyini və işlərin aparılacaq yerini göstərib. Bütün işlər Keşlə-Şanxay qəsəbəsinin sakinlərinin hesabına aparılıb.

Şanxay - hətta yerli standartlara görə yoxsul rayondur. Burda 3 evə bir mobil telefon düşür.

Qadınlar uşaqları tək qoymağa qorxduqları üçün işləyə bilmədirklərini deyirlər. Demək olar ki, heç kimdə internet yoxdur.


Xəbərə aid fotolar