"Səsim səkkiz yaşlı qız səsinə oxşayır"


Digərləri 21 İyl 2018 19:06:00 299 0

"Səsim səkkiz yaşlı qız səsinə oxşayır"

Yazı BBC Capital-ın yeni seriyası Voice& Power-in bir hissəsidir. Burada səslərimiz və gəlirlərimiz, karyeramız və gücümüz arasındakı əlaqə təhlil olunur.

Nadia Finer Balaca Səs, Böyük Biznes (Little Voice, Big Business) podkastının aparıcısıdır və qadın sahibkarlarla işləyir.

Lakin uğura gedən yolunda o, ürəyində kök salan qorxulardan qurtulmalı olub.

Səsimin qəribə olduğunu hiss etdiyim ilk an indiki kimi yadımdadır. 15 yaşım var idi və fransız dili dərsi üçün yenicə səs yazan maqnitofon almışdıq.

Səsi yazırdıq və tələffüzü yoxlamaq üçün qulaq asırdıq. Fransız dilini çox sevirdim. Həvəslə səsimi yazdım və play düyməsinə basdım.

Eşitdiklərim isə məni şoka saldı. Balaca uşaq danışırdı. Kimin səsi idi axı?

Öz səsim olduğunu anlamaq üçün mənə bir neçə dəqiqə lazım oldu. Dəhşət içində idim.

Həmin gündən sonra, mümkün qədər az danışmağa söz verdim.

Kiçilmişdim, gözə girməməyə çalışırdım, insanların məni tənqid edəcəyi və ya mənə güləcəyindən qorxurdum.

Hə, əlacsız qalsaydım ən azından telefon seksi şirkətlərindən biri üçün işləyə bilərdim, amma bu arzuolunmaz idi.