700 ball alan Fəyyaz Aslanlı imtahana necə hazırlaşıb?


Digərləri 21 İyl 2018 19:08:00 327 0

700 ball alan Fəyyaz Aslanlı imtahana necə hazırlaşıb?

övlət İmtahan Mərkəzinin imtahanında 700 ball rekordunu təsis edən ilk Lənkəran sakini maksimal yaxşı nəticə göstərəcəyini gözləmədiyini deyib.

BBC News Azərbaycancaya danışan Fəyyaz Aslanlı imtahana "hazırlıq fəlsəfəsinin sadə" olduğunu deyir.

O, öncə "asan" alınan fənləri daha sonra "çətin" fənləri öyrənib.

"Asan fənlərdən başlayırdım oxumağa - sonra da çətinlərə keçirdim. Misal üçün riyaziyyatdan başlayıb biologiyaya keçirdim. Asanı tez oxuyub çətinlərə daha çox vaxt ayıra bilirdim".

7 rayonu (Lənkəran, Cəlilabad, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı ) birləşdirən cənub bölgəsində 700 bal qazanan ilk şəxs olduğu barədə danışan Fəyyaz başqa tələbələrə məsləhət verməyə həvəs göstərməsə də çox oxumaqdansa, daha "məhsuldar", oxumağı tövsiyə edir ki, çətin fənlərə əlavə vaxt ayırmaq mümkün olsun.

Fəyyaz artıq təhsil alacağı sahəni seçib və Tibb Universitetində beyin cərrahıyyəni öyrənməyə hazırlaşır.

"Beyinin funksiyası məni həmişə maraqlandırıb", - Fəyyaz deyir.

O, öz uğuruna sevinsə də, maksimum bal qazanacağını gözləmədiyini deyir.