Bu qoxu insanı ağıllı edir


Digərləri 21 İyl 2018 19:09:00 306 0

Bu qoxu insanı ağıllı edir

Qoxular insan beyinə güclü təsir edir. Bəziləri sakitləşdirir, digərləri əksinə qıcıqlandırır və s.

Son elmi araşdırma göstərib ki, qoxu insanı hətta daha ağıllı edə bilər.  

Hamı bilir ki, qəhvə beyini stimullaşdırır, beyinin fəaliyyətini yaxşılaşdırır. Maraqlıdır ki, bu tək qəhvənin özünə deyil, həmçinin onun qoxusuna da aiddir.

Son.az saglamolun.az-a istinadən bildirir ki,  amerikada aparılmış eksperiment zamanı 2 qrup tələbə eyni riyaziyyat tapşırığı alıb. Tələbələr 2 ayrı otaqda yerləşdirilib. Eksperiment zamanı otaqlardan birində qəhvə dəmlənilib və onun qoxusu bütün otağı bürüyüb. Eksperimentin nəticəsində məlum olub ki, qəhvə qoxusu olan otaqda tələbələrin nəticələri digər otaqda oturan tələbələrlə müqayisədə daha yüksək olub.