SOCAR Gürcüstanda yeni qazpaylayıcı şəbəkə alıb


Digərləri 21 İyl 2018 17:25:00 257 0

SOCAR Gürcüstanda yeni qazpaylayıcı şəbəkə alıb

"SOCAR Georgia Gas" Gürcüstanın regionlarını əhatə edən uzunluğu 594 min poqonometr olan qazpaylayıcı şəbəkəyə sahib olub.

Gürcüstan hökumətinin rəsmi saytında verilən məlumata görə, qazpaylayıcı şəbəkənin dəyəri 21,3 milyon lari (9,5 milyon dollar) təşkil edir.

Qazpaylayıcı SOCAR Georgia Gas Kasp, Qardaban, Zestafon, Zuqdidi, Ozurqet, Laqodexi, Axmet və On bələdiyyələrini əhatə edir.

"Gürcüstanda qazpaylayıcı şəbəkəni nəinki biz, eləcə də dövlət tikir. SOCAR dövlətdən şəbəkəni ödəniş möhləti almaqla istehsal xərcləri ilə birgə alır və davam olaraq şəbəkəni işə qoşur. İndiyə qədər ödəniş möhləti ilə 40 milyon lariyə yaxın şəbəkə almışıq", - Son.az bildirir ki, bunu Trend-ə özəl olaraq SOCAR Energy Georgia-nın rəhbəri Mahir Məmmədov deyib.

Hazırki razılaşmanın şərtlərinə görə, 21,3 milyon lari 48 ay ərzində, 8,5 milyon lari isə 36 aya ödənilməlidir.

Qeyd edək ki, 2008-ci ilin noyabrında Azərbaycan ilə Gürcüstan arasında saziş imzalanıb. Sənəd 2009-cu ildən başlayaraq sonrakı beş il ərzində Gürcüstanın qaz bazarında ARDNŞ-nin fəaliyyətinin fəallaşdırılması imkanlarını nəzərdə tutur. Memoranduma əsasən, ARDNŞ layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti tərəfindən müəyyən edilən qaz istehlakçıları qruplarını (sosial qruplar) təmin edən "SOCAR Georgia Gas" törəmə müəssisəsini yaradıb.