Velosiped oğruları tutuldu


Digərləri 21 İyl 2018 16:18:00 264 0

Velosiped oğruları tutuldu

İyulun 20-də saat 5 radələrində Xətai rayonunun M.Hadi küçəsində binaların birinin girişindən 2 ədəd velosipedi oğurlayaraq aradan çıxmağa cəhd edən şəxs ərazidə xidmət aparan 36-cı Polis Bölməsinin və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən yaxalanıb.

Son.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun Bakı şəhər sakini Vaqif Heydər olduğu müəyyən edilib.