Kukesi Qarabağ-la oyunlar üçün iştirak ərizəsini açıqlayıb


İdman 21 İyl 2018 16:15:00 304 0

Kukesi Qarabağ-la oyunlar üçün iştirak ərizəsini açıqlayıb

Qarabağ-ın Çempion Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Kukesi (Albaniya) qarşıdakı oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Goal.az xəbər verir ki, Albaniya vitse-çempionu yeni transferi Recinaldonun adını da iştirak ərizəsinə salıb. 

Qapıçılar: Stivi Fraşeri, Faton Maloku, Yetmir Başa;

Müdafiəçilər: Yulli Şameti, Rustem Hoxha, Albi Alla, Vanqel Zquro, Haralamb Kayki, Simo Rumbulaku, Edis Malikyi, Villam Kordeyru;

Yarımmüdafiəçilər: Donyet Şkodra, Arber Çyorbiya, Vesel Limay, Besar Musolli, Valon Ethemi, İrakli Cariya, Dino Şpehar;

Hücumçular: Sebino Plaku, Roqer, Haris Harba, Artur Recinaldo. 

Qarabağ ilk oyununu iyulun 25-də keçirəcək və görüş saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.