Müsəlmanı inəyə görə döyüb öldürdülər


Dünya 21 İyl 2018 15:12:00 266 0

Müsəlmanı inəyə görə döyüb öldürdülər

Hindistanın Racastan ştatının Alvar bölgəsində bir neçə hindus inək qaçaqmalçılığında şübhəli bildikləri müsəlmanları vəhşicəsinə döyərək öldürüblər.

Son.az The Hindu-ya istinadən bildirir ki, 28 yaşlı fermer Əkbər Xan  və qaçıb canını qurtara bilmiq bir şəhxs yaşadıqları kəndə inək aparanda onlara 5 hindus hücum edib. Polis yerinə gəlmiş polis Əkbəri Ramqarhdakı xəstəxanaya aparsa da, döyülmüş müsəlman yolda keçinib.

"İstintaq aparırıq, şübhəlilər tutulacaq", - polisin açıqlamasında deyilir.

Feruzpur Cirkanın sakini olan Əkbər Xanın ailə üzvləri canilərin tapılmasını tələb edirlər.

İnəyə "ziyan vurulması"na görə döyülmələr və qətllər Hindistanda 2014-cü ildə Nerendra Modinin baş nazir seçilməsindən sonra geniş yayılmış hala çevrilib. N.Modi millətçi Hind Xalq Partiyasının lideridir.