Qarabağ-ın rəqibindən hücumçu transferi


İdman 21 İyl 2018 15:16:00 278 0

Qarabağ-ın rəqibindən hücumçu transferi

Çempionlar Liqasının II təsnifat mərhələsində Qarabağ-ın rəqibi olan Albaniya “Kukesi”si növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, klub rəhbərliyi braziliyalı Recinaldo Artur Faye ilə müqavilə imzalayıb.

28 yaşlı hücumçu iyulun 23-də komandanın hazırlıqlarına qoşulacaq. Onun Qarabağ-la qarşılaşmalara sifariş olunacağı da gözlənilir. Azərbaycan çempionunun Kukesi ilə ilk oyunu iyulun 25-də Albaniyada keçiriləcək.