Messi Sampaoli barədə danışdı


İdman 21 İyl 2018 14:32:00 294 0

Messi Sampaoli barədə danışdı

Argentina millisinin kapitanı Lionel Messi komandanın heyətini sabiq baş məşqçi Xorxe Sampaolinin deyil, onun formalaşdırdığı haqda iddialara cavab verib. Goal.az xəbər verir ki, Barcelona-nın hücumçusu Argentina mətbuatına açıqlamasında bunları deyib:

“Sampaoli məndən hər dəfə soruşurdu ki, milliyə kimi çağırım. Lakin mən ona heç bir ad verməmişəm. Kimi oynatmaq istəyirsə, onu da çağırmasını söyləmişəm. Kimdən istəyirsizsə, soruşa bilərsiz. Mən ona futbolçu adı verməmişəm”.

Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin Paulo Dibalanı DÇ-2018-də oynatmamasının səbəbkarı kimi Messi göstərilirdi. Bundan başqa, İnter-də oynayan Mauro İkardinin də milliyə çağırılmamasının günahkarı olaraq Leo bilinirdi. Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 final mərhələsində dayandırmışdı.