Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib


Sosial 21 İyl 2018 14:13:42 288 0

Tanınmış şirkət Vergilər Nazirliyinin departamentini məhkəməyə verib

Şikayət Bakı apellyasiya Məhkəməsində araşdırılır

"Luxe Home" MTK Vergilər Nazirliyi (VN) yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

“Report”un xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MTK əsassız hesablanmış vergi faizinin ləğv edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan VN-nin departamenti apellyasiya şikayəti verib.

Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, "Luxe Home" MTK Azərbaycanda tanınmış çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan şirkərlərdən biridir.