Sabah Qarabağ-a qalib gəldi


İdman 21 İyl 2018 13:12:00 253 0

Sabah Qarabağ-a qalib gəldi

Növbəti mövsümə hazrlığı davam etdirən Sabah klubunun əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. Goal.az xəbər verir ki, rəqib Qarabağ-ın müvafiq komandası olub. Binə stadionunda keçirilən görüş Sabah-ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda vurulan yeganə qola Tahir Zeynalov imza atıb.

Bir müddətdir Şamaxıda təlim-məşq toplanışında olan komanda Qarabağ-la görüşdən sonra geri qayıdaraq, hazırlığı Bakıda davam etdirir.