"Jerusalem Post": NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər


Digərləri 21 İyl 2018 13:01:00 265 0

"Jerusalem Post": NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər

NATO və Avropa İttifaqı (Aİ) Azərbaycanın modernləşməsi prosesinə öz töhfələrini verməlidirlər.

Bakı. Ləman Zeynalova - NATO və Avropa İttifaqı (Aİ) Azərbaycanın modernləşməsi prosesinə öz töhfələrini verməlidirlər. Trend-in məlumatına görə, bu barədə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, İsrailin "Cəmiyyətlər üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutun "The Jerusalem Post" nəşrində dərc edilən məqaləsində deyilir. A.Qut yazır ki, Aİ və NATO ilə siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir: "Avropa İttifaqı və NATO ilə əməkdaşlıq şübhəsiz ki, Azərbaycana bir çox məqsədlərə çatmaqda kömək edə bilər. Buna görə də Bakı bu təşkilatlara daxil olan ölkələrlə ikitərəfli münasibətlərin inkişafına maraq göstərir". Onun sözlərinə görə, Azərbaycan və Aİ arasında əməkdaşlığın səmərəliliyə, bərabər tərəfdaşlığa, qarşılıqlı anlaşmaya və hörmətə əsaslanması həyati əhəmiyyət kəsb edir.