Fiorentina Roma-nın futbolçusunu icarəyə götürdü


İdman 21 İyl 2018 12:51:00 265 0

Fiorentina Roma-nın futbolçusunu icarəyə götürdü

Fiorentina heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Florensiya təmsilçisi Roma-nın yarımmüdafiəçisi Jersonu heyətinə qatıb. Braziliyalı futbolçu 1 illik icarəyə götürülüb.

21 yaşlı futbolçu Roma-ya 2016-cı ildə 16 milyon avro müqabilində Fluminense-dən transfer edilib. Lakin o, geridə qalan mövsümlərdə paytaxt klubunda əsas heyət üzvünə çevrilə bilməyib. Fiorentina Jersonla yanaşı, Danimarkanın Bröndby klubunun yarımmüdafiəçisi Kristian Nerqoru da transfer edib. Lakin 24 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmır.