Prokurorun dələduzluqda təqsirləndirilən iş adamı ilə bağlı protesti təmin edilməyib


Sosial 21 İyl 2018 12:11:15 295 0

Prokurorun dələduzluqda təqsirləndirilən iş adamı ilə bağlı protesti təmin edilməyib

Hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub

Bakı Apellyasiya Məhkəməsində xeyli miqdarda dələduzluqda təqsirləndirilən Rəhman Tanrıverdiyevin barəsində olan hökmdən dövlət ittihamçısı vətərəfindən verilən apellyasiya protesti və zərərçəkimişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, həm apellyasiya protesti və həm də apellyasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, R.Tanrıverdiyev tanışı Nüşabə Cəfərovanın övladını Almaniyada müalicə etdirəcəyini vəd edərək, onun 19 min 500 manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə onun barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya protesti və prokurorluq isə aprllyasiya protesti verib.

Qeyd edək ki, R.Tanrıverdiyev iş adamı kimi fəaliyyət göstərib. O, Almaniyadan Azərbaycana qeyri-qida məhsulları gətirməklə məşğul olub.